ABŞ prezidenti Donald Trampın administrasiyası ölkənin əvvəlki prezidenti Barak Obamanın hakimiyyəti dövründə qəbul edilən transgenderlər tərəfindən ictimai ayaqyolularından istifadə qaydalarına yenidən baxıldığını elan edib.
Bu barədə BBC-yə istinadən xəbər verilir.
Obamanın tətbiq etdiyi qaydalara görə dövlət məktəblərində transgender-məktəblilərə öz seçdikləri cinsə uyğun olan ayaqyoluna getməyə icazə verilməlidir. Bu yenilik Barak Obamanın prezidentliyinin ən vacib nailiyyətlərindən hesab edilir.
Çərşənbə günü ABŞ-ın Ədliyyə və Təhsil nazirlikləri birgə bəyanat veriblər, bəyanatda əvvəlki qaydaların geri götürülməsi qərara alındığı bildirilir.
Ağ Evin mətbuat katibi Şon Spayser daha öncə Trampın bu məsələ ilə federal hökumət deyil, ştat hakimiyyətinin nəzarətinə vermək lazım olduğunu hesab etdiyini bildirmişdi.
Mənbə: oxu.az
For permission content from this site must be hyperlinked when used!