Artıq “Instagram”da şərhləri deaktiv etmək mümkündür [AZ]
“Instagram” xidmətinə bir sıra yeni funsksiyalar əlavə edilib.
AZƏRTAC Belta.by saytına istinadla xəbər verir ki, artıq istifadəçilər öz şəkillərinə yazılan şərhləri deaktiv edə biləcəklər. Həmçinin onlar fotoxidmətdə bəyəndikləri şərhləri “like” etmək imkanı qazanacaqlar.
Məlumatda bildirilir ki, bu, yeganə yenilik deyil. “Instagram”da istifadəçini “blok” etmədən onu abunəçilər siyahısından silmək mümkün olacaq və bu halda istifadəçi heç bir xəbərdarlıq almayacaq.
Mobil proqramın yeni versiyası dekabrın 6-dan istifadəçilərin bir hissəsi üçün əlyetərlidir, digər istifadəçilər isə hələ bir neçə həftə gözləməli olacaqlar.
Mənbə: azertag.az
For permission content from this site must be hyperlinked when used!
- Published in weScience, weTechnology
Instagramdan Yenilik
Əziz sosial şəbəkə istifadəçiləri Instagram sosial şəbəkəsindən smartfon tətbiqləri üçün mükəmməl bir yenilik təqdim olunub. Artıq bir telefonda, bir Instagram tətbiqində hələlik maksimum beş Instagram hesabını idarə etmək mümkündür. Bu yeniliyi hamımız çox səbirsizliklə gözləyirdik. Bu funksiya artıq Android və IOS əməliyyat sistemləri tətbiqləri üçün yenilənib. Bu yenilənməni istifadə üçün bu qaydadan istifadə edirik:
Bunun üçün ayarlara daxil oluruq ( IOS əməliyyat sistemində ayarlar hal hazırda göstərdiyimiz işarə kimi qeyd olunub, Android əməliyyat sistemində isə ayarlar yuxarıdan aşağı düzülməklə üç nöqtə kimi qeyd olunub) tamamilə aşağı sürüşdürürük orada “add account” görəcəksiniz ona tap edərək digər Instagram hesabınızı daxil edərək tam funksionallıqla idarə edə bilərsiniz.
Qeyd edək ki, bir Instagram tətbiqində hələlik maksimum beş Instagram hesabını idarə edə bilərsiniz.
Sizə təşəkkür edirik dəyərli oxucular. Səhifələrimizi izləyin və bəyənin yeniliklərdən sizi daim xəbərdar etməyə hazırıq.
Hörmətlə: weTechnology Team
https://www.ram5n.com/wetechnology
For permission content from this site must be hyperlinked when used!
- Published in weTechnology