Tramp məktəblərdə transgenderlərin ayaqyolu seçmə hüququnu ləğv edib [AZ]
ABŞ prezidenti Donald Trampın administrasiyası ölkənin əvvəlki prezidenti Barak Obamanın hakimiyyəti dövründə qəbul edilən transgenderlər tərəfindən ictimai ayaqyolularından istifadə qaydalarına yenidən baxıldığını elan edib.
Bu barədə BBC-yə istinadən xəbər verilir.
Obamanın tətbiq etdiyi qaydalara görə dövlət məktəblərində transgender-məktəblilərə öz seçdikləri cinsə uyğun olan ayaqyoluna getməyə icazə verilməlidir. Bu yenilik Barak Obamanın prezidentliyinin ən vacib nailiyyətlərindən hesab edilir.
Çərşənbə günü ABŞ-ın Ədliyyə və Təhsil nazirlikləri birgə bəyanat veriblər, bəyanatda əvvəlki qaydaların geri götürülməsi qərara alındığı bildirilir.
Ağ Evin mətbuat katibi Şon Spayser daha öncə Trampın bu məsələ ilə federal hökumət deyil, ştat hakimiyyətinin nəzarətinə vermək lazım olduğunu hesab etdiyini bildirmişdi.
Mənbə: oxu.az
For permission content from this site must be hyperlinked when used!
- Published in World
Alimlərdən maqnit qasırğaları ilə bağlı xəbərdarlıq [AZ]
Yer kürəsi qışın son ayında güclü maqnit qasırğaları zolağına daxil olacaq. Planetin maqnit sahəsinin ən çox aktiv olacağı zaman isə 24, 25 və 28 fevral tarixlərində olacaq. Alimlərin sözlərinə görə, bu günlərdə yüklü zərrəciklərinin axını insanların səhhətinə təsir edə, mobil rabitənin, aviasiya avadanlığının işində nasazlıq yarada və hətta elektrik şəbəkəsində qısa qapanmanın yaranmasına gətirib çıxara bilər.
Bu barədə “Nation News” agentliyi məlumat yayıb.
Bu günlərdə xroniki xəstəliyi olan insanlar, xüsusilə, diqqətli olmalıdırlar. Həkimlər onlara fiziki əməklə məşğul olmağı məsləhət görmürlər. Ürək sistemində problemi olan şəxslər daha çox istirahət etməlidirlər. Hətta sağlam olan insanlarda da güclü maqnit qasırğası zamanı baş ağrıları, əsəb və təzyiq yüksəlməsi müşahidə edilir.
Mənbə: oxu.az
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in weHealth