180 nəfər virusa yoluxduqdan sonra bu barədə səlahiyyətli şəxslərin xəbəri var imiş [AZ]
Koronavirusa yoluxma ilə bağlı yeni məlumatlar əldə edilib
Nyu-York Post-a istinadla xəbər verilir ki, xəstəliyə ilk yoluxma faktı Çinin Hubey əyalətində qeydə alınıb. Xəstəliyə ilk yoluxan şəxs 55 yaşlı kişi olub. O, noyabr ayının 17-də COVID-19 virusuna yoluxub. Əvvəllcə həkimlər xəstəliyin ciddiliyinə əhəmiyyət verməyiblər.
Zhang Jixian adlı həkimin olaydan bir ay sonra, dekabrın 27-də səlahiyyətli şəxslərə bu barədə məlumat verməsindən sonra vəziyyət ciddiləşib. Həmin vaxta qədər isə artıq 180 nəfər koronaya yoluxub.
Araşdırmalara görə ötən il 266 nəfər koronavirusa yoluxub.
Məlumat üçün bildirək ki, dekabr ayında Çinin Vuhan əyalətindən bütün dünyaya yayılan koronavirusa bu günədək dünya üzrə 145673 insan yoluxub.
Ən son statistikaya görə xəstəlikdən 5436 nəfər ölüb, 72532 nəfər sağalıb. Ən çox ölüm halları Çin, Cənubi Koreya, İtaliya və İranda baş verir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni tip koronavirusu pandemiya elan edib.
Mənbə: Milli.az
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!