SIGN IN YOUR ACCOUNT TO HAVE ACCESS TO DIFFERENT FEATURES

FORGOT YOUR PASSWORD?

FORGOT YOUR DETAILS?

AAH, WAIT, I REMEMBER NOW!
IF ANY QUESTIONS? CALL: (+994 77) 5222100 E-MAIL: OFFICE@RAM5N.COM

Dreams Are Different

  • HOME
  • SERVICES
  • OUR COMPANY
  • PORTFOLIO
  • WORK HISTORY
  • SUBSIDIARIES
    • weIslam
    • weUniverse
    • weServer
    • MUSIC
    • weAds
    • wePhotography
    • Folk Medicine and Health
  • WENEWS
    • weNews (All News)
  • CONTACT
    • Write to Us
  • MY CART
    No products in cart.
 February 27, 2021

Azərbaycanda yeniyetmələrin intiharında “Mavi balina” izi – Araşdırma [AZ]

Tuesday, 23 July 2019 by RAM5N, Inc.

İyunun 19-da Şəki rayonunun Oxut kənd sakini, 2005-ci il təvəllüdlü Elgün Kəmran oğlu Məmmədli özünü yaşadığı evin həyətyanı sahəsində ağacdan asaraq intihar edib. Bəzi iddialara görə, o, “Mavi balina” oynayıb və oyunun təsiri altında həyatına son qoyub.

Oxut kənd bələdiyyəsindən “Report”a bildirilib ki, intihar faktı ilə bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır: “Hələ istintaq gedir. Tam dəqiq səbəb bilinməsə də, deyilənlərə görə, uşağın əlində çox vaxt telefon olub. Hansısa internet oyunu oynayırmış”.
Lakin E.Məmmədlinin intiharı ölkədə “Mavi balina” oyununun təsiri altında baş verdiyi güman olunan yeganə ölüm faktı deyil.

“Report”un əməkdaşı “Mavi balina”nın Azərbaycanda yayılmasının qarşısını almaq üçün tədbirlər görülüb-görülmədiyini araşdırıb.

Şübhəli intiharlar

Belə ki, 2017-ci il oktyabrın 15-də Şamaxının Xilmilli kəndində 16 yaşlı gənc özünü asıb. Gəncin “Mavi balina” oynadıqdan sonra intihar etdiyi iddia olunurdu.
Həmin ilin dekabrın 4-də Ağdaş rayonu Nehrəxəlilli kənd sakini, 7-ci sinif şagirdi İsmayıl Adıgözəlov yaşadığı evin həyətində yerləşən tövlədə özünü asaraq intihar edib. İntiharın adıçəkilən oyun səbəbəbindən baş verdiyi bildirilib.
2018-ci il iyunun 25-də Tovuz rayonunun Əlimərdanlı kənd sakini, 2004-cü il təvəllüdlü Heydər Mahmud oğlu Yusifovun da meyiti yaşadığı evin həyətində asılmış vəziyyətdə aşkar edilib. Atası övladının “Mavi balina” oynadığını və bu səbəbdən intihar etdiyini deyib.

2019-cu il fevralın 9-da Kürdəxanı qəsəbəsində 16 yaşlı Əli Quluzadə də özünü asaraq intihar edib. Yeniyetmənin valideynləri onun internetdə “Mavi balina” adlı oyun oynadığını bildiriblər.
Bəs psixoloji cəhətdən tam formalaşmamış, həyatın çətinliklərinə alışmamış yeniyetmələri intihara sürükləyən “Mavi balina” oyunu nədir?

Qeyri-rəsmi məlumatlara əsasən, “Mavi balina”nı daha çox 9-15 yaşlı uşaq və yeniyetmələr oynayır. Bu oyunu oynadıqdan sonra intihara sürüklənən şəxslərlə bağlı statistik göstəricilər “Mavi balina”ya daha çox yuxarıda qeyd olunan yaşda olan şəxslərin maraq göstərdiyini təsdiqləyir.

Oyun 50 təlimatdan ibarətdir. “Mavi balina” ilk dəfə 2013-cü ildə “VKontakte” sosial şəbəkəsində “ölüm qrupu” adlı bir qrup vasitəsilə yayılmağa başlayıb. Məqsədi gəncləri cəlb etməkdir. “Mavi balina” oynayanlara ilk mərhələdə yüngül işlər tapşırılır, sonra getdikcə tapşırıqlar çətinləşir. Sonuncu göstəriş isə intiharla bağlı olur. Bu oyun səbəbindən ilk intihar 2015-ci ildə reallaşıb.

Rusiyanın “Novoya” qəzetinin xəbərinə görə, təkcə 2015-ci ilin noyabr ayından 2016-cı ilin aprelinə qədər Rusiyada 130 gənc bu oyunun təsirindən intihar edib.
Qanun var, amma…

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən “Report”a bildirilib ki, ölkədə uşaqların internet təhlükəsizliyinin təmin edilməsi məqsədilə silsilə tədbirlər həyata keçirilir. Qeyd olunub ki, “Uşaq hüquqları haqqında” qanunun 15-ci maddəsinə əsasən, uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması müvafiq qanunla tənzimlənir: “Dövlət Komitəsi bu sahədə çox aktivdir. Tərəfimizdən uşaq hüquqlarının müdafiəsi məqsədilə milli qanunvericilk təkmilləşdirilir, maarifləndirici tədbirlər keçirilir, təhlükəsizlik proqram sistemləri yaradılır.

Ötən il Dövlət Komitəsi tərəfindən hazırlanan “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi Milli Məclis tərəfindən qəbul edilib və cənab Prezident tərəfindən imzalanıb. Qanun 2020-ci ildə qüvvəyə minəcək. Qanun layihəsində uşaqlar üçün zərərli informasiyanın növləri müəyyənləşdirilib. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya zorakılığı və qəddarlığı təbliğ edən, cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri təbliğ edən, uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən, ailə institutunu nüfuzdan salan, əxlaqdan kənar leksik (söyüş) məzmunlu, pornoqrafik xarakterli, qorxu məzmunlu, erotik məzmunlu informasiyalar aiddir. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələrinin tətbiq edilmədən yayılmasına yol verilmir”.

Hansı oyunlara filtr qoyulub?

Dövlət Komitəsindən bildirilib ki, bundan əlavə, bu sahədə bir çox layihələr həyata keçirilir: “Bunlardan biri də BMT-nin Uşaq Hüquqları Komitəsinin tövsiyələrinə əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Kapital Bankın birgə layihəsi çərçivəsində yaradılan www.kidsafe.az proqramıdır. Proqram təminatı uşaqların internet məkanında müdafiəsinə, valideynlərin uşaqların daxil olduğu elektron səhifələri və sorğuları haqqında məlumatlandırılmasına xidmət edir. Proqramda daxili 10000-dən çox pornoqrafik, ekstremist amillər, zorakılıq, spam və virus xarakterli və s. kimi filtrləmə məlumat bazası ilə tam formada qoruyucu funksiyası ilə təmin olunub. Eləcə də istifadəçi tərəfindən spesifik filtrləmə funksiyası da əlavə olunub.

Proqramda uşağın istifadəsi zamanı keylogger sistemi işə düşərək istifadə etdiyi vebsaytlar, proqramlar və sözlər kimi istənilən məlumatlar qeyd edilərək valideynə ötürülür. Kompüterə uzaqdan vaxt limiti təyin etmək kimi funskiyası da yüksək formada çalışır. Sistemdə əlavə olaraq boş vaxt modulundan irəli gələrək bloq sistemi də yaradılıb ki, valideynlər səhiyyə, psixoloji aspektlər, hüquqi maarifləndirmə, sual-cavab kateqoriyalar üzrə məlumatlar yerləşdirmək mümkündür. Uşaqlarımız kompüter istifadə edərkən həm özləri həm də kompüterlərdəki məlumatları üçün təhlükəsizlik baxımından risklər meydana gələ bilər. Uşaqlar pis niyyətli kəslər üçün asan hədəf ola bilər. Buna görə valideynlər internetdəki potensial təhlükələr mövzusunda məlumatlı olmalı və uşaqlarını bu mövzularda maarifləndirməlidirlər. Uşaqlar üçün onlayn təhlükələri və düzgün istifadəni “Valideyn-internet təhlükəsizlik və nəzarət” proqram təminatı vasitəsilə həyata keçirmək mümkündür”.
Dövlət Komitəsi bununla bağlı artıq məktəblərdə də maarifləndirmə işlərinə başlayıb: “Bakı şəhəri üzrə orta məktəbdə 8-11-ci sinif şagirdlərinin iştirakı ilə “Uşaqların zərərli informasiyalardan qorunması” mövzusunda təlimlər keçirilib. Təlimlər yeni tədris ili başlayandan sonra da yenidən davam etdiriləcək və təlimlərə şagirdlərlə bərabər valideynlər də cəlb ediləcək”.

Nazirlik: Bizdə mövcud deyil

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, bundan öncə də “Mavi balina” adlı oyunla bağlı Nazirlik tərəfindən ictimaiyyətin məlumatlandırılması həyata keçirilib: “Mavi balina” adlı oyun hər hansı tətbiqetmə və ya internet informasiya ehtiyatı şəklində mövcud deyil. Bu yazışma yolu ilə yeniyetmələri əmrləri icra etməyə təhrik edən və ya maraq yaradan link formasında yayılan kontentdir. Belə ki, sosial şəbəkələrdə müəyyən “hashtag” və qruplar yaradılmaqla oyun idarəçi (admin) tərəfindən yönləndirilir. Artıq bir çox sosial şəbəkələr oyunla bağlı filtr tətbiq edir, müxtəlif dillərdə “mavi balina” adı altında yaradılan “hashtag”ları bloklayır. İnternet təhlükəsizliyi ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tapşırığına uyğun olaraq, həm “Aztelekom” MMC, həm də “Bakı Telefon Rabitəsi” MMC internet istifadəçilərini internet təhlükələrindən qorumaq üçün abunəçilərinə “Təhlükəsiz internet” xidməti təqdim edir. Bu filtrasiya xidməti vasitəsi ilə bütün yaş kateqoriyasına aid istifadəçilər təhlükəli məzmunlardan qoruna bilərlər. Geniş seçim imkanı təqdim edən xidmət sayəsində valideynlər azyaşlılara psixoloji zərər yetirə biləcək cinayətkarlıq, zorakılıq, irqçilik, diskriminasiya və ekstremizmi təbliğ edən oyun və filmlərin daxil olduğu resurslara nəzarət edə bilir. Xidmətə qoşulduqdan sonra təqdim olunmuş siyahıdan təhlükəli hesab edilən kontentləri “qara siyahı”ya daxil edərək, istifadəni məhdudlaşdırmaq mümkündür. Həmçinin istənilən zaman filtri deaktiv edərək, “qara siyahıya” daxil edilən resursu aktivləşdirmək də olar”.

NRYTN-dən bildirilib ki, məsələ ilə bağlı Nazirliyin tabeliyində fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidməti valideynlərə yetkinlik yaşına çatmayan uşaqların internetdən, xüsusilə sosial şəbəkələrdən istifadəsinə nəzarət etməyi tövsiyə edir: “Eyni zamanda valideynlərin uşaqların psixoloji vəziyyətindəki neqativ istiqamətdə dəyişiklikləri nəzərə almaları və bu məsələyə xüsusi diqqət yetirmələri vacib hesab olunur. Uşaqların internetə valideynlərin də istifadə etdiyi kompüter üzərindən daxil olması məqsədəuyğundur. Bundan başqa, uşaqların istifadə etdiyi bütün elektron cihazlarda valideyn nəzarət ­­­sistemi üzrə alətlərin quraşdırılması vacibdir. Valideynlərə övladlarının “Mavi balina” oyununu oynadığını hiss etdikdə, ilk növbədə, bütün elektron qurğulardan internetə daxilolmanı dayandırmaq məsləhət görülür”.

Qanunvericilikdə boşluq var

Məsələ ilə bağlı “Report”a danışan hüquqşünas Asif Abdullayev Azərbaycan qanunvericiliyində özünü öldürmə həddinə çatdırmağa görə cinayət məsuliyyətinin nəzərdə tutulduğunu xatırladıb: “Amma “Mavi balina” oyununu (onu idarə edən cavabdeh şəxsləri) özünü öldürmə həddinə çatdırmaqda ittiham etmək üçün bəzi əsaslar olmalıdır. Belə ki, Cinayət Məcəlləsinin 125-ci maddəsi, şəxsin özünü öldürmə həddinə çatdırılmasına dair məsuliyyəti müəyyən edir. Həmin maddəyə əsasən, təqsirkardan maddi, xidməti və s. cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhdi həddinə çatdırma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, Cinayət Məcəlləsinin 125-ci maddəsi “Mavi balina”nın əməllərinə uyğun gəlmir. Çünki burada hədə-qorxu, amansız rəftar etmə, ləyaqəti alçaltma kimi hallar mövcud deyil”.

Hüquqşünasın sözlərinə görə, “Mavi balina” haqqında internetdən məlumat əldə edib: “Oyunu idarə edən şəxslər öz qurbanlarına psixoloji təsir edərək onları özlərinə qəsd etməyə yönəldirlər. Azərbaycan qanunvericiliyində isə bununla bağlı cinayət məsuliyyəti nəzərdə tutulmayıb. Düşünürəm ki, qanunvericilik hər zaman təkmilləşməli və sürətlə inkişaf edən texnologiyaya uyğun olmalıdır. Qanunvericilikdə özünü öldürməyə təhrik etmək, həvəsləndirmək, bu cür qərar qəbul etməyə təsir etmək də cinayət məsuliyyəti yaradan əməl kimi əks olunmalıdır. Uşaqların zərərli informasiyadan qorunması sahəsində ciddi addımlardan biri də, “Uşaqların zərərli informasiyadan qorunması” haqqında qanunun qəbul edilməsi olub. Qanun 2018-ci ilin oktyabr ayında qəbul edilsə də, 2020-ci ilin yanvarın 1-də qüvvəyə minəcək. Həmin qanunda bir sıra mühüm məsələlər öz həllini tapır. Misal üçün, həmin qanunda informasiyanın yaş meyarı üzrə məhdudlaşdırılması, uşaqların həyat və sağlamlığına təsir edən (həmçinin intihara yönəldən) informasiyanın dövriyyəyə buraxılmaması, qorxu məzmunlu informasiyanın məhdudlaşdırılması və bu kimi digər məsələlər öz əksini tapıb”.

A.Abdullayev bildirib ki, ümumiyyətlə, internet resursları üzərindən uşaqların həyat və sağlamlığına təhlükə yaradan resursların qarşısını almaq üçün təkcə hüquqi yanaşma kifayət ola bilməz: “Burada əsas meyar məsələnin texniki həllidir. Əsas hədəf uşaqlara mənfi təsir edə biləcək resursların vaxtında aşkar edilməsi və qarşısının alınmasıdır. Ümid edək ki, yaradılmış qanunvericilik bazası və müvafiq sahənin mütəxəssisləri uşaqların həyat və sağlamlığına təhlükə yarada biləcək halların qarşısını ala biləcək”.

Deputat günahı valideynlərdə görür

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Sona Əliyeva “Report”a açıqlamasında bildirib ki, “Uşaqların zərərli informasiyadan qorunması” haqqında qanunda uşaqların təhlükəsizliyi ilə bağlı bütün məsələlər yer alıb: “Ümumiyyətlə, uşaqların internet oyunları oynamağına qarşıyam. Bu oyunlar uşaqları cəmiyyətdən, ailədən ayırır, onların sosiallaşmasının qarşısını alır. Üstəlik asılılıq yaradır ki, bu da gələcəkdə problemlərə gətirib çıxarır. Həmin oyunlar adrenalin yaratdığına görə uşaq böyüdükcə bu adrenalini başqa yerlərdə axtarır. Həmçinin təhsilin keyfiyyəti aşağı düşür.

O vurğulayıb ki, valideynlər uşaqları qorumaq sahəsində məsuliyyət hiss etməlidir və övladlarına limit, məhdudiyyət qoymalıdırlar: “Özləri sərbəst olsunlar deyə uşaqların əllərinə telefon, planşet verirlər. Bu olmaz. Konstitusiyada da yazılıb ki, övlad üçün məsuliyyəti ilk olaraq valideyn daşıyır: Daha sonra dövlət və digər orqanlar. Valideynin övladına qayğı göstərməsi və onu bütün zərərli təsirlərdən qoruması hüquqi və mənəvi borcudur”.

Psixoloqdan qadağa təklifi

Psixoloq Kəmalə Baxışın sözlərinə görə, bu oyuna, adətən, sosiallaşmamış, valideyn nəzarəti olmadan daim kompüter qarşısında olan 9-15 yaşlı uşaqlar cəlb oluna bilərlər: “Bunun qarşısını almaq üçün çox sadə bir yol var: uşaqlarına sərbəstlik verən, kompüterdən istifadəsinə mane olmayan valideynlər üçün “Valideyn nəzarəti və internet təhlükəsizliyi” (www.kidsafe.az) adlanan proqram var. Ondan istifadə edilməlidir. Bu oyun rahatlıqla tapılan bir oyun deyil. O, uşaqlarda asılılıq yaradır. Valideynlər uşaqlarında özünəqapanma, harasa getmək istəyinin olmamasını, hərəkətlərində dəyişiklik müşahidə edərlərsə, diqqətli olmalı və nəzarəti artırmalıdırlar”.

Onun fikrincə, 16-18 yaşına qədər yeniyetmələr heç bir şəbəkədə iştirak etməməlidir: “Valideyn kompüterdə övladının hansı şəbəkələrə girməsi, istifadə etməsinə tarixçədən baxa bilərlər. Bəzən uşaqlara kasetlərdə disklərdə oyunlar satılır. Həmin vasitələrdə də “Mavi balina” oyununa çıxışlar ola bilər. Valideyn özü övladının baxdığı oyunlara, videolara özü tam baxdıqdan və təhlükəsizliyinə əmin olduqdan sonra uşağa icazə verə bilər”.


Mənbə: Sonxeber.az

Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir

Azərbaycanda yeniyetmələrin intiharında "Mavi balina" izi - AraşdırmaDangerous Games ForbiddenTehlukeli oyunlar mavi balinaTəhlükəli oyunlarTəhlükəli oyunlar Blue WhaleTəhlükəli oyunlara qadağa sorğusuweNewsweTechnologyweTechnology News
Read more
  • Published in News of Azerbaijan, weNews, wePhotography
1 Comment

National Geographic chooses the best nature photographer in 2017 [US]

Monday, 23 October 2017 by RAM5N, Inc.
  • Orange Anemonefish, (Amphiprion Sandaracinos) or most commonly referred to as “Nemo” to most was shot amongst this vibrant, iridescent and highly toxic anemone. This reef habitat was situated in the pristine waters of Sipadan Island, Sabah Borneo Malaysia. Photo by Marc Hornig
  • During month of AUGUST and SEPTEMBER, there are millions of WILD BEASts, zebra, and other animal in Maasia mara game reserve. On this september morning, a wild beast eating glass intersected the sun coming out of the horizon, creating this image. It was one of the most beautiful sunrise i had seen so far. Photo by Jay Ruan
  • A polar bear is sniffing the air trying to sent seals - Svalbard - Norway. Photo by Daisy Gilardini
  • THE NYAKAMWE FAMILY of the drc - NEW MOM KANYARUNKA SHIELDS HER BABY FROM a RAMBUNCTIOUS TODDLER. Photo by Shannon Hinson-Witz
  • Heart racing, hands clenched on the handles of my camera housing, peering through the silty usually clear mangrove water. the american crocodile suddenly appeared out of the murk, almost resting its snout on the dome port of my underwater setup. i told myself to remain calm, that i was completely safe behind my camera. although it was a tense encounter at first the silty water adds to the dramatic nature of this image. a moment i will not forget in a hurry. Photo by Gary Peart
  • As we flew over the beautiful Holmes River, the glacial waters contrasted nicely with the forest - the waters extra blue due to increased glacial melt. Photo by Shane Kalyn
  • Shot at Lake Kekini, Greece. Photo by Ruzdi Ekenheim
  • After a long flight from aruba to canada and countless hours of driving i finally got to bonaventure island to be able to witness more than 54,000 breeding pairs of northern gannets. after 4 km of island hiking you can start to hear the sounds and even smell of the gannets.it was a beautiful day which made this capture seem like a the gannets were up in the clouds. the background fills the frame with hundreds of gannets and a clear blue sky. Photo by Damilice Mansur
  • Lava flows into the ocean at sunset, kamokuna, Kalapana, Hawaii. Photo by Grant Kaye
  • An Atlantic Puffin on the remote nesting island of Machias Seal Island off the coast of Maine. Photo by Harry Collins
  • A group of flamingos were flying over the natron lake. they casted their shadows on the ground. When I looked down from the helicopters high above, The birds looked like pink blossom in the sky. Photo by Phillip Chang
  • How many Mountain Goats can fit on this rock, if you start stacking them on top of each other? Mount Evans, Colorado, USA. Photo by Eivor Kuchta
  • Bahamas, Bimini. Portrait of a nurse shark swimming in mid water. Photo by Christian Vizl
  • Swedish outdoors association Friluftsfrämjandet arranges courses in how to handle a canoe in rough waters. a dozen teenagers tried their stamina in the chilly waters of river helge å, and didnt mind an occational plunge during the weekend course. Photo by Photo Dragos Pirvulescu
  • An aerial view over the swamps of Cenas Tirelis near Riga, Latvia. Photo by Dragos Pirvulescu

 

 For permission content from this site must be hyperlinked when used!

National GeographicPhotographyRAM5NwePhotographyWorld Pictures
Read more
  • Published in wePhotography
No Comments

Recent Posts

  • Alimlər suyun yeni halını kəşf ediblər - ram5n.com

    Alimlər suyun yeni halını kəşf ediblər [AZ]

    Amerikalı tədqiqatçıların fikrincə, həddən artı...
  • Rare celestial event ‘planet parade’ to occur after 37 years

    A series of rare and unique celestial events wi...
  • “Yay Günəş duruşu” mövzusunda elmi-praktiki seminar keçirilib [AZ]

    AMEA-nın Naxçıvan Bölməsinin Batabat Astrofizik...
  • Bu gecə Azərbaycana yay gəlib [AZ]

    İyunun 21-i Bakı vaxtı ilə saat 01:43:42-də Azə...
  • Ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı Qərar qəbul edilib [AZ]

    Nazirlər Kabineti yanında Operativ Qərargah ölk...

Recent Comments

  • Farouk on Best way to fix format USB before use
  • Ulviyye on Azərbaycanda yeniyetmələrin intiharında “Mavi balina” izi – Araşdırma [AZ]
  • Ramin Jabbarly on 10 minlərlə göy cisimləri yer planetinə gələ bilər – Şamaxı Rəsədxanası – FOTO [AZ]
  • Ozgun on 10 minlərlə göy cisimləri yer planetinə gələ bilər – Şamaxı Rəsədxanası – FOTO [AZ]
  • Kraz on Yay fəslinin Azərbaycana gəlmə vaxtı açıqlanıb [AZ]

Archives

  • September 2020
  • July 2020
  • June 2020
  • April 2020
  • March 2020
  • January 2020
  • December 2019
  • October 2019
  • September 2019
  • August 2019
  • July 2019
  • June 2019
  • May 2019
  • April 2019
  • March 2019
  • February 2019
  • January 2019
  • December 2018
  • November 2018
  • September 2018
  • August 2018
  • July 2018
  • June 2018
  • May 2018
  • April 2018
  • March 2018
  • February 2018
  • January 2018
  • December 2017
  • November 2017
  • October 2017
  • September 2017
  • August 2017
  • July 2017
  • June 2017
  • May 2017
  • April 2017
  • March 2017
  • February 2017
  • January 2017
  • December 2016
  • October 2016
  • September 2016
  • August 2016
  • July 2016
  • June 2016
  • May 2016
  • April 2016
  • March 2016
  • February 2016
  • January 2016
  • December 2015
  • November 2015
  • October 2015
  • August 2015
  • June 2015
  • April 2015
  • January 2015
  • December 2013
  • November 2012
  • July 2008

Categories

Calendar


« February 2021 »
Mo Tu We Th Fr Sa Su
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28

Calendar by Kieran O'Shea

Categories

  • Android
  • Apple Inc
  • Azerbaijan
  • Azerbaijani Cellular Network
  • Catastrophes
  • CoronaVirus Epidemic
  • Faceebook Inc
  • Financial
  • Folk Medicine
  • Google
  • Holidays
  • How-Tos
  • Mobile
  • Networking
  • News of Azerbaijan
  • Paranormal Events
  • PC & Notebook
  • Posts
  • Psychology
  • Samsung
  • Social Network
  • Technology
  • U.S.A
  • Uncategorized
  • weCommunication
  • weDesign
  • weHealth
  • weIslam
  • weNews
  • wePhotography
  • weScience
  • weSoftware
  • weTechnology
  • weUniverse
  • World

Recent Post

  • Alimlər suyun yeni halını kəşf ediblər - ram5n.com

    Alimlər suyun yeni halını kəşf ediblər [AZ]

  • Rare celestial event ‘planet parade’ to occur after 37 years

  • “Yay Günəş duruşu” mövzusunda elmi-praktiki seminar keçirilib [AZ]

  • Bu gecə Azərbaycana yay gəlib [AZ]

  • Ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı Qərar qəbul edilib [AZ]

  • Koronavirusun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər müəyyənləşdirilib [AZ]

  • Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib [AZ]

  • Install this emergency update for Windows 10 [US]

  • Azərbaycanda kommunal ödənişlər ləğv oluna bilər – Rəsmi [AZ]

  • Maska və spirt qıtlığı barədə Operativ Qərargahdan açıqlama [AZ]

Top Comments

  • Farouk on Best way to fix format USB before use
  • Ulviyye on Azərbaycanda yeniyetmələrin intiharında “Mavi balina” izi – Araşdırma [AZ]
  • Ramin Jabbarly on 10 minlərlə göy cisimləri yer planetinə gələ bilər – Şamaxı Rəsədxanası – FOTO [AZ]
  • Ozgun on 10 minlərlə göy cisimləri yer planetinə gələ bilər – Şamaxı Rəsədxanası – FOTO [AZ]
  • Kraz on Yay fəslinin Azərbaycana gəlmə vaxtı açıqlanıb [AZ]

Subscribe

Enter your email address to subscribe to this blog and receive notifications of new posts by email.

Join 153 other subscribers

  • RAMINSERVER
  • SUPPORT
  • ABOUT US
Dreams Are Different

© 2008 - 2019. All Rights Reserved. Site by 

TOP