İsveçrə hökuməti hakerlərə mükafat verəcək [AZ]
Hakerlər bir ay boyunca İsveçrənin elektron səsvermə sisteminə hücum edə biləcəklər.
Xəbər verilir ki, bu addımla İsveçrə hökuməti “Schweizer Post AG” tərəfindən təqdim edilən sistemin etibarlılığını yoxlamaq və həmçinin əhalidə bu sistemə qarşı inam yaratmaq niyyətindədir. Artıq 450-dən artıq haker bu məqsədlə www.onlinevote-pit.ch saytında rəsmi qeydiyyatdan keçib və fevralın 25-dən martın 24-dək elektron səsvermə sisteminə hücum edə biləcəklər. İspaniyanın “Scylt” şirkətinin hazırladığı texnologiyanın yoxlanılması gələcəkdə mümkün boşluq və manipulyasiya imkanlarının qarşısını indidən almağa xidmət edir.
Hakerlərin qarşısına sayt idarəçilərinin xəbəri olmadan sistemi manipulyasiya etmək, saxta seçici profilləri yaratmaq və ya mövcud olanları dəyişmək, hər bir seçicinin məxfi səsvermə nəticələrini aşkara çıxarmaq və onu saxtalaşdırmaq, ümumi səsvermə nəticələrinə təsir etmək və s. tapşırıqlar qoyulub. Hakerlərin marağını artırmaq üçün, ümumilikdə, 250 min İsveçrə frankı məbləğində mükafat fondu da təsis edilib. Hansısa seçicinin kimə səs verdiyini aşkara çıxara bilən hakerə 5 min frank, aşkar edilmədən fərdi səsləri manipulyasiya edən hakerlərə isə 20-50 min frank arasında mükafat vəd edilir.
Mənbə: azertag.com
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in weNews, weTechnology
Kaliforniyada ölüm təhlükəli vadi qızdırmasına yoluxma halları artıb [AZ]
ABŞ-ın Kaliforniya ştatının Səhiyyə Derpartamentinin nümayəndələri bu həftə bildiriblər ki, ştatın ərazisində “vadi qızdırması” adlandırılan ölüm təhlükəli xəstəlik yayılır. Məlumatda deyilir ki, təkcə 2018-ci ildə bu xəstəliyə 7886 yoluxma faktı qeydə alınıb ki, bu da inişildəkindən 11 faiz çoxdur. Lakin hətta bu rəqəmlər də dəqiq deyil. 2018-ci il üçün yekun statistika bu ilin martında departamentin hesabatında açıqlanacaq.
“Səhra revmatizmi”, “San-İoahim vadisinin qızdırması” və “koksidioidomikoz” adları ilə də məşhur olan vadi qızdırmasını torpaq göbələyi törədir. Bu xəstəliyə göbələyin havaya yayılan çox xırda sporları ilə nəfəs alan adama yoluxa bilər. Vadi qızdırması insandan insana keçmir. Onun əlamətləri qripə bənzəyir: öskürək, titrəmə, yüksək temperatur, sinədə və bütün bədəndə ağrı. Göbələyin sporları sətəlcəmə səbəb olur. Bəzi hallarda infeksiya ağciyərdən beyinə, sümüklərə, dəri və ya gözlərə yayılaraq, korluğa, ağciyər çatışmazlığına və hətta ölümə gətirib çıxarır. Kaliforniyanın hakimiyyət orqanları bildiriblər ki, 2017-ci ildə vadi qızdırmasından 9 min adam ölüb, lakin 2018-ci ildə bu xəstəlikdən ölüm halları barədə məlumat hələlik açıqlanmayıb.
Mənbə: azertag.com
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
“Gmail” spam mesajların 99,9 %-ni bloklamağa başlayıb [AZ]
“TensorFlow” (kompüter təlimi üçün açıq proqram kitabxanası) sisteminin köməyi ilə “Gmail” elektron poçt sistemində spam mesajların aşkar edilməsi imkanları gücləndirilib.
Xarici KİV-lərə istinadla xəbər verilir ki, “TensorFlow” sistemi neyron şəbəkələrinin yaradılması və təlimi üçün istifadə olunur.
Hələ 2017-ci ilin əvvəlində “Google” şirkəti “Gmail” xidmətində arzuedilməz və zərərli poçt göndərişlərini 99,9 faizi dəqiqliklə aşkar etməyə imkan verən yeni mübarizə alətləri tətbiq etmişdi.
Axtarış nəhənginin mətbuat xidmətinin məlumatına görə, “Gmail” xidmətində hər gün 100 milyon əlavə spam mesaj aşkar etmək üçün bu inteqrasiyadan istifadə olunur. Bununla belə “Google” vacib elektron məktubları spam kimi qəbul etməmək üçün bütün ehtiyat tədbirləri görür.
Mənbə: azertag.com
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in weNews, weTechnology
“WhatsApp Business”in auditoriyası 5 milyon şirkətə yaxınlaşıb [AZ]
“WhatsApp Business” korporativ messencerinin istifadəçilərinin sayı 5 milyon şirkətə yaxınlaşıb. Həmçinin xidmətdə təqdim edilmiş yeniliklər elan olunub.
Xarici KİV-lərə istinadla xəbər verilir ki, “WhatsApp Business” korporativ messencerində şirkət və brendlər öz fəaliyyətlərinin təsvirindən ibarət ayrı-ayrı profillər yarada bilərlər. Messencerin köməyi ilə iş adamları müştərilərlə şəxsən və ya tez-tez verilən sualları cavablandıracaq çat-botlar vasitəsilə ünsiyyət saxlaya bilərlər.
Xidmət avtomatik salamlamanı tənzimləməyə, mesaj statistikasına baxmağa və biznes hesabın iş vaxtını (bu vaxt ərzində istifadəçilər şirkətin nümayəndələrinə yaza bilərlər) göstərməyə imkan verir.
Bundan başqa, “WhatsApp Business”də çat siyahılarının filtrasiyası (qruplar, poçt siyahıları və oxunmamış mesajlar üzrə çeşidləmə imkanı) və sürətli cavablar əlçatan olub.
Mənbə: azertag.com
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in Faceebook Inc, U.S.A, weNews, weTechnology
Erkən yaşda diş həkiminə gedən uşaq odontofobiyadan uzaq olur [AZ]
Diş həkimindən qorxmaq odontofobiya, bəzən də dentofobiya və ya stomatofobiya adlanır. Hər on uşaqdan doqquzunda həmin hala rast gəlmək mümkündür. Onlar əsasən qandan iyrənir, həkim ağız nahiyəsində işləyərkən eşidilən səs-küydən qıcıqlanır, ağzı davamlı açıq saxlamaq məcburiyyətindən qorxur, həkimin əli onlara toxunanda narahatlıq hissi keçirirlər.
Bu barədə məlumat verən Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova deyib: “Qorxunun baş verməməsi üçün uşağı diş həkimi ilə erkən yaşda tanış etmək lazımdır. 2 yaşına çatmayan uşaqları diş həkiminə aparmaq məsləhətdir, çünki həmin yaşda olan uşaqların diş həkiminin kreslosuna oturmaqdan xoşları gəlir. Erkən yaşda ağ xalata öyrənən uşaq sonralar diş həkiminə gedərkən qorxu hissindən uzaq olur.
Həkimə getməzdən əvvəl orda olacaq hadisələr uşağa izah edilməli, psixoloji hazırlıq aparılmalıdır. Hətta müayinənin necə aparılacağı barədə onda təəssürat oyatmaq lazımdır. Uşağın əlinə qaşıq verərək “diş həkimi-xəstə oyunu” oynamaq onu həkimə qarşı mülayimləşdirir. Öz növbəsində, həkim də sonrakı seanslarda aparılacaq əməliyyat barədə ailə üzvlərinə və uşaqlara məlumat verməlidir. Diş həkiminə qarşı fobiyası olan uşaqlara təcrübəli mütəxəssis həkimlər seçmək lazımdır.
Stomatoloji müayinə və müalicə üçün seçilən klinikada uşaqların psixologiyasına uyğun dekorasiya, musiqi, maraqlı şəkillər və oyun otaqlarının olması böyük əhəmiyyət daşıyır. Uşaq nadinclik edərkən “sakit ol, yoxsa səni diş həkiminə apararam, dişini çəkdirərəm” demək düzgün deyil, çünki diş həkiminin qorxusuna səbəb olan faktorlardan biri də valideynin tərbiyədə bu cür səhvlərə yol verməsidir. Uşaqlarda həkimə qarşı qorxu hissi aşılamaq düzgün taktika deyil”.
Psixoloq Yeganə Əsgərova daha sonra deyib: “Stomatologiyada istifadə edilən keyləşdirici krem və spreylər iynənin ağrısını hiss etdirmir. İynə vurdurmaqdan qorxanlar əməliyyatlarda anesteziyadan qaçır və daha çox ağrı hiss edirlər. Həm xəstənin, həm də diş həkiminin psixoloji cəhətdən özlərini rahat hiss etməsi üçün keyidici dərman preparatı vurmaq və ağrı stressini yaşamamaq məsləhətdir. Belə edəndə müalicə daha az çəkir və uğurla başa çatır. Xəstə qorxularını gizlətməməli və onu öz həkimi ilə paylaşmalıdır. Həkim isə işə sadə müalicələrdən başlayaraq xəstənin etibarını qazanmalıdır. Əks halda xəstə həmin qorxularla baş-başa qalır, həkiminə anlatmadığı üçün onların öhdəsindən gələ bilmir.
Qorxunu azaltmaq üçün həkim xəstənin etibarını qazanmalıdır, görüş saatı həm həkim, həm də xəstə üçün münasib olmalıdır. Digər tərəfdən stomatologiyada istifadə edilən deşici alətin çıxardığı səsdən narahat olanlara müalicə əsnasında qulaqcıqla musiqi dinləmək məsləhətdir. Diş həkimi və ya assistent yumşaq formada təmas və rəftar göstərməli, müalicə vaxtı aparılacaq əməliyyatlar ətraflı şəkildə izah edilməli, ağrı olarkən uşağa əlini qaldıraraq xəbər verməsi başa salınmalıdır. Həmin üsullar fayda vermədikdə ağrını hiss etdirməmək və xəstəni sakitləşdirmək üçün venadaxili sakitləşdiricilər verilir, bəzən ümumi anesteziya tətbiq edilir”.
“Stomafobiya əsasən dişlərin müalicəsini çətin keçirənlərdə əmələ gəlir. Diş həkimi işləyərkən maska taxdığına görə uşaqlar ondan qorxa bilər, ağızlarını açmaz, alətləri görüb qışqırar, nəticədə fobiya yaranar. Ona görə də böyük və ya kiçik yaşda olan uşaqlar dişlərinin ağrıdığını ətrafdakılara hiss etdirməməyə çalışırlar. Xəstə ağrıya dözə bilməyəndə diş həkiminə getmək məcburiyyətində qalır. Diş ağrısı zamanı xəstələrin qorxu səbəbindən müalicəni gecikdirməsi ciddi diş problemlərinə səbəb ola bilər və müalicə uzun çəkər. Ona görə də bu sahədə diş həkimlərinin üzərinə ağır yük düşür və onların diqqətli olması lazımdır. Müalicə zamanı xəstənin diqqətini cəlb edəcək xoş münasibət və diş həkiminin psixoloji cəhətdən normal davranışı çox vacibdir. Stomatoloq və psixoloqun əməkdaşlığı diş həkimindən çəkinənlər üçün faydalıdır. İynə və qandan qorxanlar, digər fobiyası olanların da mütəxəssisə müraciət etməsi məsləhətdir”,- deyə psixoloq söhbətə yekun vurub.
Mənbə: azertag.com
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
“Apple” yenidən ən bahalı şirkət olub [AZ]
“Apple” korporasiyasının səhmlərinin dəyəri birjada 1,7 faiz yüksəlib ki, bu da ona yenidən ABŞ-da ən bahalı şirkət adını geri qaytarıb.
Xarici KİV-lərə istinadla xəbər verilir ki, “iPhone” smartfonlarının istehsalçısının kapitallaşdırma dəyəri 821,7 milyard dollar olub. Bahalı şirkətlərin reytinqində ikinci yerin sahibi olan “Microsoft” şirkətinin kapitallaşma dəyəri 817,4 milyard dollar təşkil edir. “Amazon” şirkəti isə reytinqdə üçüncü yeri tutur.
Mənbə: azertag.com
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in Apple Inc, weNews, weTechnology
İsmayıllı ərazisində zəlzələ qeydə alınıb [AZ]
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatina görə, fevralın 5-də yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə olub.
Mənbə: AMEA
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in Azerbaijan, News of Azerbaijan, weNews, weScience
- 1
- 2